Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Dekabr 2019 16:16
UEFA 2019-cu il üçün klubların yekun reytinq cədvəlini açıqlayıb.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, qurumun rəsmi saytında yenilənmə Avropa kubokarının qrup mərhələlərinin son turunun oyunlarından sonra aparılıb.
Reytinqdə Azərbaycandan ən yaxşı nəticə əvvəlkitək "Qarabağ"a məxsusdur. Qurban Qurbanovun baş məşqçisi olduğu komanda 21 min xalla 71-ci yeri tutub. Sıralamada Ağdam klubundan geridə olan Avropa klubları arasında PAOK (Yunanıstan), "Hetafe", "Espanyol", "Betis", "Real Sosyedad", "Selta" (hamısı İspaniya), "Milan", "Fiorentina" (hər ikisi İtaliya), "İstanbul Başakşehir" (Türkiyə), "Everton" (İngiltərə) kimi tanınan klublar da var.
Reytinq siyahısına əvvəlkitək "Real" Madrid başçılıq edir (134 min xal). İkinci yeri "Barselona" (123 min xal), üçüncü yeri "Bavariya" (121 min xal) tutur.