Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Dekabr 2019 17:20
İtaliyanın məşhur “La Gazzetta dello sport” qəzeti “Başakşəhər”dən üzr istəyib.
Qol.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb qəzetin UEFA Avropa Liqasının 1/32 final mərhələsində qarşılaşacaq rəqiblər haqda yazıda “Başakşəhər”i “Beşiktaş”ın loqosu altında təqdim etməsi olub.
İstanbul klubu hadisəyə dərhal reaksiya verib və Tvitter üzərindən qəzetin hesabına bayquş videolu və “Loqomuzun bu olduğundan əminsiniz?” başlıqlı mesaj yazıb. Bundan sonra İtaliya nəşri başqa bir bayquş videosu altında Türkiyə təmsilçisindən üzr istəyərək bu sözləri yazıb: “Üzrlü sayın, səhv etmişik. Xahiş edirik, üzrümüzü qəbul edin”.
Qeyd edək ki, “Başakşəhər” AL-in 1/16 final mərhələsində Portuqali“Sportinq”i ilə qarşılaşacaq.