Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Dekabr 2019 18:00
Bakı. Trend:
Beynəlxalq Muğam Mərkəzində “Future Stars 2019” XII Beynəlxalq Klassik Musiqi Festivalının yekun konserti keçirilib.
Beynəlxalq Muğam Mərkəzindən Trend-ə verilən məlumata görə, dekabrın 14-də Beynəlxalq Muğam Mərkəzində Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin və Gürcüstan İncəsənət Xadimləri Birliyinin birgə təşkilatcılığı ilə “Future Stars 2019” XII Beynəlxalq Klassik Musiqi Festivalının yekun konserti keçirilib.
Festivalın açılışında çıxış edən Xalq artisti, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin direktoru Teymur Göyçayev və festivalın təşkilatçısı Nino Kupatadze festivalın artıq 4- cü dəfə Bakıda keçirilməsindən məmnun olduqlarını və müsabiqə nəticəsində hər il neçə- neçə istedadların üzə çıxdığını qeyd ediblər. Vurğulanıb ki, şagirdlər ölkələrini gələcəkdə müxtəlif klassik musiqi festivallarında da layiqincə təmsil etmək potensialını malikdirlər.
Diqqətə çatdırıldı ki, festival günlərində Gürcüstan konservatoriyasının professoru, Xalq artisti Nino Kutatadze(fortepiano), ifaçılar Anar Məmmədov (klarnet),Anar Yusifov(violin),Elena Cancaliya(vokal) tərəfindən ustad dərsləri keçirilib.
Daha sonra tədbir qaliblərin mükafatlandırılması və konsert proqramı ilə davam edib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin