Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Unudulmayanlar'' layihəsinin növbəti tədbiri Xalq artisti, xanəndə Əbülfət Əliyevə həsr olunacaq

''Unudulmayanlar'' layihəsinin növbəti tədbiri Xalq artisti, xanəndə Əbülfət Əliyevə həsr olunacaq

Tarix: 17 Dekabr 2019 19:09

Dekabrın 20-si saat 19:00-da  BMM-nin "Unudulmayanlar" layihəsi çərçivəsində Xalq artisti, xanəndə Əbülfət Əliyevin xatirəsi yad ediləcək.

Sonxeber.net xəbər verir ki, Azərbaycanın muğam, sənət beşiyi Şuşanın musiqi mədəniyyətimizə bəxş etdiyi görkəmli sənətkarlar arasında mahir xanəndə Əbülfət Əliyevin məxsusi yeri var. Həzin, məlahətli səslə ifa etdiyi muğam və təsniflər, xalq mahnıları bu gün də yaddaşlarda yaşayır. Ə.Əliyev həm də opera səhnəmizin sevilən və arzulanan sənətkarlarından olub. Məcnun obrazını yaradan hər bir xanəndənin özünəməxsus ifası olub.

Qeyd edək ki, BMM-nin "Unudulmayanlar" layihəsinin məqsədi Azərbaycan milli musiqisinin yaradılması tarixində əvəzolunmaz rol oynamış görkəmli Azərbaycan mədəniyyət xadimlərinin - bəstəkarların, klassik və muğam ifaçılarının həyat və yaradıcılıqlarına dair axşamların təşkil olumasıdır.
Biletləri iTicket.az və şəhərin bütün kassalarından əldə etmək mümkündür. Ərtaflı məlumat üçün BMM-nin Facebbok və İnstagram səhifələrini izləyin. Informasiya dəstəyi  Mədəniyyət  kanalı və Asan radiodur.


Etiketlər:  Unudulmayanlar layihəsinin növbəti tədbiri Xalq artisti xanəndə Əbülfət Əliyevə həsr olunacaq


RƏYLƏR