Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Finlandiya qadın vətəndaşlarının uşaqlarını repatriasiya etməyə çalışır

Finlandiya qadın vətəndaşlarının uşaqlarını repatriasiya etməyə çalışır

Tarix: 17 Dekabr 2019 22:42

Finlandiyanın yeni Baş Naziri Sanna Marin bildirib ki, Finlandiya "İslam dövləti" terror təşkilatına qoşulmaq üçün Suriyaya gedən fin qadınların uşaqlarını repatriasiya etməyə çalışır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Finlandiya hökumətinin başçısının fikrincə, bunu mümkün qədər tez etmək lazımdır.

Buna baxmayaraq, Finlandiyanın özü İŞİD-ə qoşulduqları üçün Suriyanın şimal-şərqindəki həbs düşərgələrində saxlanılan vətəndaşlarının vətənə qayıtmasına icazə verib-verməmək barədə qərar qəbul edə bilməyən Avropa İttifaqı ölkələrindən biridir. Finlandiya vətəndaşları olan 11 qadının dünyaya gətirdiyi təqribən 30 uşağın da həbsdə olması vəziyyəti daha da ağırlaşdırır.


Etiketlər:  Finlandiya qadın vətəndaşlarının uşaqlarını repatriasiya etməyə çalışır


RƏYLƏR