Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Millimizin üzvü sevgilisinə evlilik təklifi etdi

Millimizin üzvü sevgilisinə evlilik təklifi etdi

Tarix: 18 Dekabr 2019 11:26

Millimizin hücumçusu Rüfət Dadaşov ailə qurmağa hazırlaşır.

Qol.az xəbər verir ki, Almaniynın "Proyssen" klubunun üzvü uzun müddətdir sevgili olduğu Lauraya evlilik təklif edib. Bu hadisə isə Rüfətin anasının 50 illik yubileyi ilə bağlı keçirilən ailə məclisində baş verib. Bu barədə "Bild" nəşrinə danışan Dadaşov təəssüratlarını bölüşüb:

"Bacım və Laura anamın doğum gününə hazırlaşmaqda mənə kömək edirlər. Lauranın heç nədən xəbəri yox idi. Nahardan sonra onu gəzməyə apardım. Qayıdan isə artıq ev bəzənmişdi. Hava şarları asılmışdı, nişan üzüyü və bir buket gül hazır idi. Laura sevinc gözyaşları içərisində təklifə "hə" dedi".

 

 


Etiketlər:  Millimizin üzvü sevgilisinə evlilik təklifi etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ