Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Dekabr 2019 11:26
Polis əməkdaşlarının sayıqlığı və çevikliyi sayəsində oğurluğa cəhd edən şəxs cinayət başında yaxalanıb.
Daxili İşlər Nazirliyindən Sonxeber.net-a verilən məlumata görə, dekabrın 7-də saat 5 radələrində Nəsimi rayonunun S.Rüstəm küçəsindəki mağazaların birindən qapını sındırmaq yolu ilə oğurluğa cəhd göstərən şəxs həmin ərazidə xidmət aparan DİN BİTİ-yə bilavasitə tabe olan Diplomatik Nümayəndəliklərin Mühafizəsi üzrə Əlahiddə Polis Taborunun əməkdaşları tərəfindən saxlanılaraq 21-ci Polis Bölməsinə təhvil verilib.
Araşdırmalarla onun paytaxt sakini, əvvəllər məhkum olunmuş S.Zeynalov olması müəyyən edilib. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun dekabrın 7-də daha bir mağazadan 558 manat və tütün məmulatı oğurlaması da müəyyən edilib.