Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Dekabr 2019 11:44
Bakı Nəqliyyat Agentliyi il ərzində ictimai nəqliyyat sahəsində gördüyü işlərlə bağlı hesabat yayıb.
Agentlikdən Sonxeber.net-a verilən məlumata görə, il ərzində şəhərdaxili nəqliyyat parkının yenilənməsi məqsədilə 371 yeni avtobus alınıb: "Şəhərdaxili marşrutlarda fəaliyyət göstərən 500 avtobus nağdsız ödəniş sisteminə keçib, 200 avtobus əsaslı təmir olunub, 8 yeni avtobus parkı (qaraj) istifadəyə verilib. Görülən işlər nəticəsində 10 marşrut xətti optimallaşdırılıb, paytaxtda 124 yeni dayanacaq pavilyonu quraşdırılıb".