Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 May 2019 12:20
Bakı. Trend:
Mayın 11-12-də Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında 20 və 23 yaşlı gənclər arasında ağır atletika üzrə Azərbaycan birinciliyi keçiriləcək.
Trend-in məlumatına görə, yarışda ölkənin bütün regionlarından klub və cəmiyyətləri təmsil edən yüzə yaxın atlet iştirak edəcək.
Çempionatın təşkilində məqsəd idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, qarşıdakı beynəlxalq yarışlara hazırlanmasıdır.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin