Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

PA rəsmisi: ''Onlayn və distant təhsilə keçid 2030-cu ilə qədər yekunlaşmalıdır''

PA rəsmisi: ''Onlayn və distant təhsilə keçid 2030-cu ilə qədər yekunlaşmalıdır''

Tarix: 18 Dekabr 2019 13:42

"Bilikli, savadlı, vətənə bağlı, dünyaya açıq gənclik müstəqilliyin başlıca təminatıdır. Müasir dünyada bilik və yeni texnologiyalar olmasa, uğur qazanmaq mümkün deyil".

Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu Prezident Adminstrasiyasının (PA) Qeyri-hökümət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova "Yeni imtahan modeli: islahatlar, nəticələr gözləntilər" mövzusunda konfrasda deyib.

Onun sözlərinə görə, qlobal informasiya mühitində insan kapitalı iqtisadi tərəqqi və inkişafın əsas hərəkətverici qüvvələrindən biri hesab olunur.

Bu gün insan kapitalına qoyulan vəsaitlərin dövlətin ən gəlirli investiyalarından biri hesab edildiyini söyləyən S.Yusifova bildirib ki, uzunmüddətli perspektivdə insan kapitalı sosial kapitala çevrilir. Bu isə öz növbəsində iqtisadi inkişafa gətirib çıxarır: "Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə öz çıxışlarında qeyd edib ki, iqtisadiyyatı irəli aparan, ölkənin uğurunu nümayiş etdirən onun təbii ehtiyatları deyil, insanları, təhsili, əhalisinin intelektual səviyyəsidir. Bu gün qlobal anlamda nəsillərin dəyişməsi prosesi gedir. Artıq internetsiz dünyanı təsəvvür edə bilməyən "Zed nəsli" yetişir. Bu nəsil qloballaşma və postmodernizm dövrünü təmsil edən ilk rəqəmsal nəsildir. Onların həyata və dünyaya baxışları internetəqədərki dövrün nəsillərindən köklü sürətdə fərqlənir. Onlar üçün internetdən və rəqəmsal texnologiyalardan istifadə sadəcə həyat tərzidir. Bu isə təbii olaraq təhsil sistemində də köklü dəyişiklikləri, yeni yanaşmaları şərtləndirir".

PA rəsmisi hesab edir ki, bu baxımdan sabahın təhsil sistemi rəqəmsal iqtisadiyyatın inkişafına, yeni orta sinfin formalaşmasına yönələcək.


Etiketlər:  rəsmisi Onlayn distant təhsilə keçid 2030 ilə qədər yekunlaşmalıdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ