Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sənətkar xanımların əl işləri sərgilənir

Sənətkar xanımların əl işləri sərgilənir

Tarix: 18 Dekabr 2019 19:02

16-18 dekabr 2019-cu il tarixində "Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası" və "AFTF Consulting"- in birgə əməkdaşlığı ilə Passage 1901-də "Beynəlxalq Uşaq Oyuncaqları Sərgisi" keçirilir.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, 3 gün davam edəcək sərgidə yerli və xarici şirkətləri məhsulları və AQSİA-nın üzvü olan sənətkar xanımların əl işləri sərgilənir.

Sərgi, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə Heyətinin sədri Səkinə Babayevanın çıxışı ilə başlayıb. S.Babayeva çıxışında, belə sərgilərin önəmini və gücün qadın birliyində olduğunu vurğulayıb.

Sərginin məqsədi, ölkələr arası iş birliyinin möhkəmlənməsi, istehsal müəssisələrinin sayının artırılması, "Əl Əməyi Göz Nuru" layihəsi çərçivəsində uşaq geyimlərinin və oyuncaqlarının, əl işlərinin istehsalına təkan yaratmaq, evdə məşğulluğun artırılmasıdır.

Sərgidə, "Damla Aztəminatlı Ailələrə Qayğı İB-nin" təşəbbüsü ilə regionlarda yaşayan uşaqların məktubları sərgilənib. Qonaqlar tərəfindən maraqla qarşılanan məktublar oxunulub və onların istəklərinin qarşılanması qərarlaşdırılıb.

Belə ki, ilk məktub Səkinə Babayeva tərəfindən oxunuldu. Oğuzda yaşayan 13 yaşlı Aysunun məktubunda bel çantası və çamadan istəyini oxuyan S.Babayeva balacanın istəyini qarşılayacağını bildirib.


Etiketlər:  Sənətkar xanımların işləri sərgilənir


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ