Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Dekabr 2019 13:00
"İlin sonunadək Kürdəmir, Ağcabədi və Tovuzda "ASAN xidmət" mərkəzlərinin açılması planlaşdırılır".
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.
O xatırladıb ki, bir müddət əvvəl Şamaxıda "ASAN xidmət" mərkəzi açılıb:
"Dövlət başçısının əsas tapşırığı ondan ibarətdir ki, "ASAN xidmət" qısa müddət ərzində bütün regionları əhatə etməlidir".