Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Dekabr 2019 17:20
"Qəbələ" İdman Klubu və "Jalə" şirələri arasında sponsorluq müqaviləsi imzalanıb.
Sonxeber.net sportal.az-a istinadən xəbər verir ki, klubun prezidenti Fariz Nəcəfov mətbuat konfransında əməkdaşlıqla bağlı fikirlərini bildirib və klubun gələcəyindən danışıb:
"Son dönəmdə klubun maliyyə durumu ilə bağlı KİV-də söz-söhbət gəzirdi. "Qəbələ"nin baş sponsoru "Gilan"dır. Büdcə ilə bağlı rəsmi bildiriş olmasa da, şifahi şəkildə bildirilmişdi ki, xeyli azalma olacaq. "Gilan"ın nəzdində olan, ancaq müstəqil marketinq fəaliyyəti aparan sponsorlarla görüşmüşdük. İndi isə "Jalə" ilə əməkdaşlıq edəcəyik. Əlavə şirkətlərlə də danışıqlar gedir. Komandamız fəaliyyətini davam etdirəcək.
Nəcəfov AFFA-nın "Qəbələ"yə kömək edə bilmədiyini sözlərinə əlavə edib: