Tarix: 10 May 2019 17:08
Dizindən əməliyyat olunan "Barselona"nın futbolçusu Luis Suaresin son durumu açıqlanıb.
Qol.az klubun saytına istinadən xəbər verir ki, uruqvaylı hücumçu 4-6 həftə meydana çıxa bilməyəcək.
Onun İspaniya kubokunun finalında "Valensiya" ilə görüşdə və iyun - iyul aylarında Braziliyada keçiriləcək Amerika kubokunda oynaya bilməyəcəyi məlum olub.
Qeyd edək ki, 32 yaşlı futbolçu bu mövsüm Kataloniya klubunun heyətində 49 oyuna 25 qol vurub.