Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Dekabr 2019 18:42
Artıq neçənci seçkilərdir ki, veb-kamera praktikasından istifadə olunur. Azərbaycanda məntəqələrin təxminən 20 faizə qədəri, yəni 1000 məntəqədə veb-kamera quraşdırılıb.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.
Onun sözlərinə görə, veb-kamera qurulan məntəqələr xüsusi seçilir ki, Azərbaycanın bütün ərazisini əhatə etsin: "Veb-kameralara daxil olmaq isə çox sadədir. Heç bir icazə tələb olunmur. İstənilən vətəndaş MSK-nın rəsmi saytına daxil olmaqla 1000 məntəqədə səsvermə günü səsvermənin gedişini izləyə bilər".
MSK sədri vurğulayıb ki, Azərbaycanda dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində 13 siyasi partiya iştirak edəcək: