Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Azərbaycan kubokunu qazanmışamsa...'' - Yuri Maksimov

''Azərbaycan kubokunu qazanmışamsa...'' -  Yuri Maksimov

Tarix: 20 Dekabr 2019 10:42

“Keşlə”nin ukraynalı sabiq baş məşqçisi  Yuri Maksimov paytaxt klubu ilə Azərbaycan kubokunu qazanmasını xatırlayıb.

Qol.az xəbər verir ki, hazırda “Vorskla”nı çalışdıran 51 yaşı mütəxəssis Ukrayna kubokundakı şansalarını dəyərləndirərkən karyerasında bu yarışla bağlı xoş xatirələrinin olduğunu bildirib:

"1/4 final mərhələsindəki rəqibimiz "Desna" yaxşı vəziyyətdədir. Ancaq kubok oyunları fərqli olur. Kubok turnirləri ilə bağlı xoş xatirələrim var. "Dinamo" və "Verder"in heyətində futbolçu kimi müvafiq olaraq Ukrayna və Almaniya kubokunu, məşqçi kimi "Keşlə" ilə Azərbaycan kubokunu qazanmışam. Bunları etmişəmsə, niyə zirvənin fəthində "Vorskla" ilə görüşməyək?"

Xatırladaq ki, 2017-18 mövsümündə Yuri Maksimovun çalışdırdığı "Keşlə" Azərbaycan kubokunun qalibi olub.
 


Etiketlər:  Azərbaycan kubokunu qazanmışamsa Yuri Maksimov


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ