Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Videosu yayılan Ülvi danışdı: ''Hamı mənim tərəfimdədir'' - AÇIQLAMA

Videosu yayılan Ülvi danışdı: ''Hamı mənim tərəfimdədir'' - AÇIQLAMA

Tarix: 20 Dekabr 2019 13:50

Bir xanımla telefonla danışan və açıq-saçıq hərəkətlər edən Ülvinin videosu qız tərəfindən qeydə alinaraq, sosial mediada yayılıb.

Sonxeber.net xəbər verir ki, Ülvi Həsənli məsələ ilə bağlı azxeber.com-a danışıb.

O bildirib ki, öz işinin başındadır və bu görüntülər onu narahat etmir:
 
"Bu haqda danışmaq istəmirəm, işimlə məşğulam, millətin üzünü güldürməyə çalışıram. Mən hər zaman yaxşılığımı edirəm, qoy onlar mənə qarşı pislik etsin. Mən susduqca hamı məni anlayır və mənim doğru olduğumu başa düşür. Sadəcə, onu deyə bilərəm ki, bu məsələdə hamı mənim tərəfimdədir".
 
Ülvi yayılan görüntülərə görə efirdən uzaqlaşdırılmadığını deyib: "Mən verilişdən uzaqlaşmamışam. Bir həftə bundan əvvəl rəhbərliklə danışmışıq, gecə şousu yaradırıq. Bu halda da mənə ən böyük dəstəkçi ARB TV oldu. Onlara təşəkkür edirəm".
 
Qeyd edək ki, aktyor Ülvi Həsənli bu il ailə həyatı qurub və yaxın zamanlarda ata olacaq. 


Etiketlər:  Videosu yayılan Ülvi danışdı Hamı mənim tərəfimdədir AÇIQLAMA


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ