Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dəmiryolunda 240 minlik “Maybach” oğurlamaq istədilər - FOTO

Dəmiryolunda 240 minlik “Maybach” oğurlamaq istədilər - FOTO

Tarix: 20 Dekabr 2019 14:30

Dünən Almaniyanın Hamburg şəhər dəmiryolu vağzalında oğurluğa cəhd edilib.

Milli.Az avtosfer.az-a istinadən xəbər verir ki, adları istintaqa məlum olmayan bir neçə nəfər dəmiryolu ilə daşınan, dəyəri 142.000 avrodan (240 min manat-red.) yuxarı olan Mercedes-Benz S klass "Maybach" model avtomobili qaçırmağa cəhd göstəriblər. Onlar avtomobili qatardan endirmək istəsələr də, məqsədlərinə nail ola bilməyiblər. Avtomobilin ön hissəsi aşağı endirilərkən dəmir yolu reyslərinə dəyərək zədə alsa da, arxa hissəsi sıxışıb qalmışdır. Cinayətkarlar planlarının baş tutmayacaqlarını anlayaraq dərhal hadisə yerindən uzaqlaşıblar. Hadisə yerinə cəlb edilən polislər barmaq izi vasitəsi ilə cinayətkarların izinə düşmək üzərindədir. 

Məlumat üçün bildirək ki, bu cür transport logistik daşımalarda yükləmə-boşaltmanı asanlaşdırmaq üçün avtomobillərin açarları üzərində və qapıları açıq şəkildə olur. Lakin avtomobillər "transport rejim"də olduqları üçün bir çox funksiyaları offline rejimdə olur və mühərrik 10 faiz gücündə çalışır.


Etiketlər:  Dəmiryolunda minlik Maybach oğurlamaq istədilər FOTO


RƏYLƏR