Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Dekabr 2019 14:46
UEFA 2018-2019 mövsümündə Avropa Liqasının qrup mərhələsində çıxış edən klubların da gəlirlərini açıqlayıb.
Qol.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, ötən mövsüm ölkəmizi qrup mərhələsində təmsil edən "Qarabağ"ın ümumi gəliri 4 milyon, 847 min, 954 avro olub.
Bu məbləğin 2 milyon 275 min avrosu qrup mərhələsində iştiraka görə, qalan hissəsi qrupda qazanılan nəticələr və marketinqdən bağlı əldə edilib.
Xatırladaq ki, "Qarabağ" ötən mövsüm "Arsenal", "Sportinq" və "Vorskla" ilə E qrupunda mübarizə aparıb. Ağdam klubu Ukraynada "Vorskla"nı məğlub edib, digər 5 görüşdə isə uduzub.