Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Dekabr 2019 16:32
Türkiyənin ATV kanalında yayımlanan "Müge Anlı ilə Tatlı Sert" verilişində 3 ildir itkin düşən Məhmət Məhərrəm Elbayın axtarışları davam etdirilib.
Sonxeber.net unikal.org-a istinadən xəbər verir ki, verilişə qızını axtarmaq üçün gələn Zeynep Ergülün ətrafındakılara "Evə su daşımaq üçün həyətdə su quyusu qazdıq. Ancaq oradan su çıxmadı. Mən, həyat yoldaşım və Cahit Mehmetin ölüsünü quyuya atdıq. Üzərinə də asit turşusu tökdük, axtarsalar da tapmazlar" dediyi iddia edilib. Bununla da o, özünü ifşa edib.
Ancaq Z.Ergül daha sonra Elbayın quyuya atıldı iddiasını isə yalanlayıb, "Mən elə bir şey bilmirəm" deyib.
Bundan sonra Elbayın itkin düşmə hadisəsində ən çox Zeynep və Cahit Ergüldən şübhələnməyə başlayıblar. Canlı yayıma gələn polislər tərəfindən bölməyə aparılan Z.Ergülün ifadəsi alınıb.