Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Dekabr 2019 17:16
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakının Qaradağ rayonunda bir qrup şəhid ailəsinə və Qarabağ müharibəsi əlilinə mənzillər verilib.
Nazirlikdən Sonxeber.net-a verilən məlumata görə, mənzillərin təqdim edilməsi tədbirində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şöbə müdiri Vüqar Behbudov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əhalinin həssas qruplarına xüsusi qayğısının bir təzahürü kimi, şəhid ailələrinin və müharibə əlillərinin mənzillə təminatı işlərinin uğurla davam etdirildiyini bildirib.
Qeyd edilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2018-ci ildə şəhid ailələri və müharibə əlillərinə nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626 mənzil verilib, bu il isə həmin kateqoriyalardan olan vətəndaşlara ötən ilkinə nisbətən 50 faiz çox, yəni 934 mənzil və fərdi ev verilməsi planlaşdırılıb. Onlardan artıq böyük əksəriyyəti verilib. Təqdim edilən mənzillərdə müasir tələblərə uyğun yaşayış şəraiti yaradılıb.