Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Dekabr 2019 23:00
Astma və onun ağırlığı burun və boğazın mikroflorası ilə sıx bağlıdır və bundan çox asılıdır.
Sonxeber.net medicina.az-a istinadən bildirir ki, Vaşinqton Universitetinin alimləri sübut edib ki, yuxarı tənəffüs yollarında olan bakteriyaların miqdarı və təsirinin uşaqlarda bronxial astmanın dərəcəsini təyin edir.
Yeni elmi araşdırmada 5-12 yaş arası 214 nəfər bronxial astmalı uşaq müşahidə olunub.
Uşaqların burun selikli qişasından yaxma analizi götürülüb.
Tədqiqat müddətində bəzi uşaqlarda astma simptomları kəskinləşirdi.
Məlum olub ki, bronxial astmanı kəskinləşdirən burun yollarında olan stafilakokk, streptokokk və moraksella bakteriyalarıdır.