Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Linux” sistemli qurğulara hücumlar edilir

“Linux” sistemli qurğulara hücumlar edilir

Tarix: 21 Dekabr 2019 08:16

2017-ci ildə dünyada "WannaCry" fırıldaqçı virusunun yayılmasına və 2018-ci ildə banklara qarşı həyata keçirilən çoxsaylı kiberhücumlara görə məsuliyyət daşıyan "Lazarus Group" haker qruplaşması yenidən informasiya təhlükəsizliyi üzrə mütəxəssislərin diqqət mərkəzinə düşüb.

Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, "Qihoo 360 Netlab" şirkəti tərəfindən "Linux" kompüter sistemlərini yoluxduran "Dacls" adlı troyan aşkarlanıb. Şirkətin İT infrastrukturuna nüfuz edən virus cinayətkarlara lazım olan kodu uzaq məsafədən tətbiq edir və serverdə saxlanılan fayllara çıxış üçün imkan yaradır.

Zərərli proqram sayəsində hakerlər məlumatları oğurlaya və silə, idarəetmə strukturlarını skan edə, prosesləri dayandıra, eləcə də öz fayllarını göndərə bilərlər.

Virus "Atlassian Confluence Server" (CVE-2019-3396) sistemində kataloqun dəf edilməsi və kodun tətbiqi üçün boşluqdan istifadə edir. Bu barədə ilk dəfə 2019-cu ilin martında məlum olub.


Etiketlər:  Linux sistemli qurğulara hücumlar edilir


RƏYLƏR