Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Firmino oynamayacaq

Firmino oynamayacaq

Tarix: 11 May 2019 01:00

"Liverpul"un futbolçusu Roberto Firmino İngiltərə Premyer Liqasının sonuncu turunda "Vulverhempton"la oyunu buraxacaq.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, buna səbəb onun zədəsinin hələ də sağalmamasıdır. Əzələsi dartıldığı üçün Çempionlar Liqasında "Barselona" ilə cavab görüşündə iştirak edə bilməyən braziliyalı hücumçu ölkə çempionatının son turunda da meydanda olmayacaq. 27 yaşlı oyunçunun ÇL-in finalında "Tottenhem"lə matça kimi hazır olacağı gözlənilir.

Qeyd edək ki, "Liverpul" - "Vulverhempton" oyunu mayın 12-i keçiriləcək.

 


Etiketlər:  Firmino oynamayacaq


RƏYLƏR