Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Dekabr 2019 10:18
Venesuelada "Caracas Oscar Machado Zuloaga" hava limanının səkkiz kilometr yaxınlığında "Beechcraft 100 King Air" özəl təyyarəsi qəzaya uğrayıb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, ölkənin Baş prokuroru Tarek Vilyam Saabın verdiyi məlumata əsasən, hadisə təyyarə eniş edərkən baş verib.
"Təəssüf ki, Venesuelanın doqquz vətəndaşı həlak olub. Onların yaxınlarına baş sağlığı verirəm", - məmur bildirib.
Saab qeyd edib ki, mütəxəssislər bir neçə saat ərzində aviaqəzanın detallarını araşdıracaqlar.