Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

LGBT bayrağını yandırdı, 16 il həbs aldı - DÜNYADA İLK DƏFƏ - FOTO

LGBT bayrağını yandırdı, 16 il həbs aldı - DÜNYADA İLK DƏFƏ - FOTO

Tarix: 21 Dekabr 2019 15:26

30 yaşlı Adolfo Martines cinsi azlıqların beynəlxalq təşkilatı olan LGBT-nin bayrağını oğurlayıb yandırdığına görə 16 il müddətinə azadlıqdan məhrum edilib.

Sonxeber.net CNN-ə istinadən bildirir ki, olay ABŞ-ın Ayova ştatındakı Eyms şəhərində baş verib.

Şəhərdəki kilsənin giriş qapısının üzərinə vurulmuş LGBT bayrağını qopararaq oğurlayan L.Martines sonra "Dangerous Curves" striptiz-klubunun yaxınlığında bayrağı yandırıb.

Martinesin dediyinə görə, cinsi azlıqlara nifrət bəslədiyi üçün belə edib.

Məhkəmə L.Martinesi nifrət zəminində cinayət törətməkdə, odla ehtiyatsız davranmaqda və residivizmdə suçlayıb.

Martines "Dangerous Curves"a daxil olmaq istəyəndə, onu qovublar. Sinirlənən Martines şəhərdəki "Ames United Church of Christ" kilsəsinə yollanıb, LGBT bayrağını qoparıb. Bundan sonra kluba qayıdan Martines bayrağı küçədə yandırıb.


Etiketlər:  LGBT bayrağını yandırdı həbs aldı DÜNYADA İLK DƏFƏ FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ