Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Könül Kərimova canlı yayında GÖZ YAŞI TÖKDÜ: “Oğlum əməliyyat olunanda mən deyib-gülürdüm” - VİDEO

Könül Kərimova canlı yayında GÖZ YAŞI TÖKDÜ: “Oğlum əməliyyat olunanda mən deyib-gülürdüm” - VİDEO

Tarix: 21 Dekabr 2019 16:25

ARB TV-nin "Ona qalsa" verilişinin ilk qonağı əməkdar artist Könül Kərimova olub.

Sonxeber.net bildirir ki, canlı efirdə övladının başına gələn sağlıq problemindən danışan əməkdar artist  kövrəlib:

"Bəlkə də bunu heç vaxt deməmişəm. Bütün ömrüm boyu həyatımı övladlarıma həsr etmişəm. Mənim eşqim, həsrətim, arzum, istəyim hamısı oğlum və qızımdır. Həyatda heç kim üçün ağlamamışam. Çox çətindir. Gözləmədiyin anda insan elə acizləşir ki... Sanki nə yerdəsən, nə göydə... Elə bilirdim məndən güclü insan yoxdur. Mənə deyirlər ki, hər şey yaxşıdır, niyə şükür etmirsən? Deyirəm, şükür edirəm, amma içimdə özümə verdiyim suallar var və o sualların cavabını tapa bilmirəm. Nə vaxt tapsam, onda rahatlayacam.

Həmən anda mən verilişdə idim. Özü də canlı-canlı deyib-gülüb, əylənirdim. Verilişdən çıxanda mənə dedilər ki, təcili xəstəxanaya getməliyik. Təsəvvür edin, oğlum əməliyyat olub, hər şey də bitib. Anju olunub, kirəçlənmiş damarları təmizləyiblər. O məqama kimi insan heç nə hiss etmir. Ömründə ürəyindən şikayəti olmamışdı. Düşünərdim ki, mədə problemi ola bilər, başı ağrıya bilər, amma ürək nə deməkdi?! Yatsam, yuxuma belə girməzdi. Mən ora çatana qədər hamı bir nəfər kimi söz verib ki, Könül gələndə gülüb danışın. İçəri girmişəm heç nə olmamış kimi davranırdılar".


Etiketlər:  Könül Kərimova canlı yayında GÖZ YAŞI TÖKDÜ Oğlum əməliyyat olunanda mən deyib gülürdüm VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ