Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu dərmanın xərçəngə qarşı effektivliyi sübut olunub

Bu dərmanın xərçəngə qarşı effektivliyi sübut olunub

Tarix: 21 Dekabr 2019 19:21

Əksəriyyətin geniş istifadə etdiyi həblərdən biri ilə bağlı yeni araşdırma aparılıb.

Sonxeber.net e-tibb.az-a istinadən bildirir ki, alimlər aspirin həblərinin xərçəngə qarşı effektivliyini isbat ediblər.

Hesab olunur ki, adi aspirinin müntəzəm istifadəsi onkoloji xəstəliklərin inkişaf riskini əhəmiyyətli dərəcədə azalda bilər. Lakin bu üsul piylənmədən əziyyət çəkən insanlara demək olar ki, zəmanət vermir. ABŞ-dan olan alimlərin bununla bağlı apardıqları araşdırmanın nəticələri JAMA portalında dərc edilib.

Tədqiqat çərçivəsində 12 il müddətində 140 mindən artıq amerikalının məlumatları öyrənilib. Nəticədə ABŞ-ın aspirin istifadə edən vətəndaşları arasında prostat, bağırsaq və digər orqanların xərçəngi daha az aşkarlanıb.


Etiketlər:  dərmanın xərçəngə qarşı effektivliyi sübut olunub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ