Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İnsan beyninə yerləşdirilmiş mikroçip yaddaşı yaxşılaşdırdı

İnsan beyninə yerləşdirilmiş mikroçip yaddaşı yaxşılaşdırdı

Tarix: 21 Dekabr 2019 19:27

Dünyada bir çox universitet və elm insanı, insan beyni üzərində çoxlu sayda araşdırma aparır. Texnologiyanı və insan beynini birləşdirməyi məqsəd qoyan bu araşdırmaların məqsədi isə, müxtəlif xəstəlikləri müalicə etməkdir.

Sonxeber.net deyerler.org-a istinadən bildirir ki, İngiltərənin Bat Universitetində aparılan araşdırmada beynə taxılan mikroçiplər, Parkinson kimi xəstəliklərin müalicəsində ümid işığı yaradır və insan yaddaşını da 15% ilə 20% nisbətində yaxşılaşdırmağı bacardı.

Elm insanlarının bu araşdırmalar, Parkinson və Alzheimerlə yanaşı depressiya, asılılıq, autizm, epilepsiya və danışma pozuntuları kimi gündəlik həyatı məhdudlaşdıran xəstəliklərə də həll ola biləcəyi ifadə edilir.

Bundan əlavə, keçən həftələrdə Elon Maskın texnologiya şirkəti Neuralink , birbaşa beynə taxılan bir implant ilə sinir hüceyrələrinə elektrik siqnalları göndərərək pozulan funksiyaları yaxşılaşdırmağı məqsəd qoyduqlarını ifadə etmişdi.


Etiketlər:  İnsan beyninə yerləşdirilmiş mikroçip yaddaşı yaxşılaşdırdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ