Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Dekabr 2019 19:54
Hindistanın şimalında şənbə günü nümayişçilərlə polis arasında toqquşma nəticəsində üç nəfər həlak olub. Bununla ölkə boyu yeni vətəndaçlıq qanununa etirazlar zamanı ölənlərin sayı 17-ə çatıb.
Uttar Pradeş vilayətinin polis idarəsinin rəisi O.P. Sinq deyib ki, ən son ölən etirazçılar daxil olmaqla ştatda tələfatların sayı doqquza çatıb. "Ölənlərin sayı arta bilər", Sinq deyib.
O əlavə məlumat paylaşmayıb.
Polis bildirib ki, cümə günündən bəri ştatda 600-dən çox insan "tədbiq məqsədilə" həbs olunub.
Etirazçılar yeni vətəndaşlıq qanununa etiraz edir. Bu qanun hazırda Hindistanda qeyri-qanuni yaşayan amma müsəlmalnların çoxluq təşkil etdiyi Banqaldeş, Pakistan və Əfqanıstanda dini zəmində təqiblə üzləşdiklərini sübut edə bilən hindular, xristianlar və digər dini azlıqlara şamil olunur.