Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Dekabr 2019 22:12
Qan testi ilə bir insanın nə qədər yaşayacağını müəyyən etmək mümkündür.
Sonxeber.net e-tibb.az-a istinadən bildirir ki, alimlər qanın parametrləri ilə insan ömrünün uzunlunluğunu müəyyənləşdirməyin mümkün olduğunu açıqlayıblar.
Klivlend Universitetinin Klivlend Klinikasının mütəxəssisləri immunoloji statusun və iltihabın klinik göstəricilərini öyrənən tədqiqat zamanı 12 il ərzində milli Sağlamlıq və qida müayinəsi (NHANES) proqramının 31 mindən çox iştirakçısını izləyiblər. Müşahidə olunanların yaşından, digər qan göstəricilərindən, risk faktorlarından asılı olmayaraq, limfositlərin səviyyəsi ilə ölüm arasında aşkar bir əlaqə olduğu görünüb.