Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kompyuter arxasında necə oturmalıyıq?

Kompyuter arxasında necə oturmalıyıq?

Tarix: 21 Dekabr 2019 23:06

Hazırkı dövrdə artıq hər işimizi kompyuterlə həll edirik. Kompyuterdə oyun oynayırıq, film izləyirik, işləyirik və yoldaşlarımızla danışırıq, ancaq bəlkə də əksəriyyətimizin bütün vaxtını bir ekrana baxaraq sərf etdiyi bu günlər, bədənimiz baxımından çox da yaxşı nəticələr doğurmur.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, uzun müddət kompyuter arxasında oturunca oynaqlarımızda ağrılar hiss edə və bədənimizin keyləşdiyini müşahidə edə bilərik. Belə əks təsirlərin ortaya çıxmasındakı ən böyük faktor isə səhv oturma pozisiyasıdır. Bəs kompyuter arxasında necə oturmalıyıq?

1. İdeal mövqedə oturun:

Kompyter arxasında oturarkən ideal bir oturuş mövqesində oturmalıyıq. Bir çox ofis və fərdi oturacaq, nizamlana bilən arxa qisiminə, qoltuq və bel dəstəyinə sahibdir. Ayağınızın üst qisimi oturacağa söykənməlidir.

Kürəyiniz mümkünsə ayaqlarınızla 100 ilə 135 dərəcə bucaqda olmalıdır.

Qollarınız bədəninizə yapışıq olmalıdır.

Çiyinləriniz və boynunuz rahat olmalıdır.

Gözlər boyunuzu və ya gözlərinizi qaldırmadan və ya gücənmədən ekranı rahatca görməlidir.


Etiketlər:  Kompyuter arxasında necə oturmalıyıq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ