Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Dekabr 2019 12:46
"Rennes"in 17 yaşlı yarımmüdafiəçisi Eduardo Kamavinqa milli komanda seçimini konkretləşdirib.
Sonxeber.net goal.az-a istinadən xəbər verir ki, Fransanın U-21 yığmasında 1 oyun keçirmiş gənc istedad dünya çempionlarının əsas komandasından dəvət gözlədiyini bəyan edib.
Anqolanın Kabinda əyalətinin Mikonqe şəhərində anadan olan futbolçu yekun qərarını valideynləri ilə məsləhətləşəndən sonra açıqlayıb. Cari mövsüm "Rennes"in əsas heyətində 19 görüşdə meydana çıxan Kamavinqa 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.