Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Maksimum dərəcədə çalışmalıyıq ki, seçkilər zamanı pozuntu hallarına yol verilməsin''

''Maksimum dərəcədə çalışmalıyıq ki, seçkilər zamanı pozuntu hallarına yol verilməsin''

Tarix: 22 Dekabr 2019 13:03

Biz maksimum dərəcədə çalışmalıyıq ki, seçkilər zamanı pozuntu hallarına yol verilməsin.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu gün keçirilən mətbuat konfransında deyib.

M.Pənahov bildirib ki, istənilən pozuntu ictimaiyyət tərəfindən pis qarşılanır: "Biz maksimum dərəcədə çalışmalıyıq ki, bu cür hallara yol verilməsin. Bütün seçkilər Seçki Məcəlləsinin tam tələbinə uyğun olmalıdır. Bizim son illərdə seçki prosesinin keçirilməsində maarifləndirmə təbirlərin xüsusi rolu var".

M.Pənahov vurğulayıb ki, seçkilər kütləvi bir prosesdir: "Dünyanın heç bir yerində heç kim seçkilərdə pozuntulardan sığortalanmayıb. Əlbəttə, biz arzu edərdik ki, pozuntu halları olmasın. Bizim məqsədimiz bu halları minimuma endiməkdir. Bunun üçün biz daim maarifləndirmə tədbirləri həyata keçirilir".


Etiketlər:  Maksimum dərəcədə çalışmalıyıq seçkilər zamanı pozuntu hallarına verilməsin


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ