Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakı Yeni ilə belə hazırlaşır - REPORTAJ - FOTO

Bakı Yeni ilə belə hazırlaşır - REPORTAJ - FOTO

Tarix: 22 Dekabr 2019 17:10

2020-ci ilin gəlişinə sayılı günlər qalıb. Bu münasibətlə paytaxt Bakının mərkəzi küçələrində yolka qurulub, yarmarkalar təşkil edilib.

Sonxeber.net bildirir ki, musavat.com-un əməkdaşı paytaxtın mərkəzi küçələrində gəzib, bu və ya digər "Yeni il" hazırlıqları ilə maraqlanıb.

Müşahidə etdik ki, şəhərdə paytaxt sakinləri ilə bərabər turistlər də çoxluq təşkil edir. Ərəblərlə bərabər Rusiya və Avropadan gələnlərin də çoxluq təşkil etdiyini gördük.

Ötən illərdə olduğu kimi bu il də "Qız Qalası" ətrafında işıqlarla bəzədilmiş keçid quraşdırılıb. Gündüz bir o qədər də gözə çarpmayan bu keçid gecə gözoxşayan mənzərəyə səbəb olur. Bulvarla İçərişəhəri birləşdirən keçid sanki bir növ zaman tunelini xatırladır. Bulvar tərəfdən gələn insanlar bu işıqlı tunellə tarixi İçərişəhərə daxil olurlar. Gecə saatlarında tunel müxtəlif sarmaşan işıqlarla bəzədilir. Tunelin yaxınlığında isə yolka qurulub.

Hər il olduğu kimi Fəvvarələr meydanında "Soyuq əllər, isti ürək" yarmarkası təşkil olunub ki, bura da yerli sakinlərin və turistlərin marağındadır.

Bakı sakinləri ilə də söhbət edib, görülən işlərlə bağlı onların da fikirlərini aldıq. Sakinlər bildirdilər ki, şəhərin mərkəzində bu cür şəraitin yaradılması onlara müsbət təsir edir:


Etiketlər:  Bakı Yeni ilə belə hazırlaşır REPORTAJ FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ