Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Dekabr 2019 20:10
İsveç millisinin sabiq üzvü Zlatan İbrahimoviçin Malmödə şərəfinə ucaldılan heykəli yenidən vandalizmə məruz qalıb.
Qol.az xəbər verir ki, bu dəfə bir qrup fanat heykəlin burnunu və ayaq barmağını qoparıb. Bundan başqa, qızılı rəngdə olan heykəli gümüşü rəngə boyayıblar.
Xatırladaq ki, Zlatanın "Hammarbü" klubunun səhmlərinin 50 faizini alması və "Skandinaviyanın ən yaxşı klubu olacağıq" ifadəsini işlətməsi onun yetirməsi olduğu ölkənin digər klubu “Malmö” azarkeşlərinin qəzəbinə tuş gəlib. Onlar bir neçə gün əvvəl Zlatanın heykəlini yandırmağa cəhd göstərmiş, daha sonra isə heykəlin ayağını kəsmişdi. Budəfəki insidenti də "Malmö" azarkeşlərinin törətdiyi güman olunur.