Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Antarktikanın ən dərin nöqtəsi tapıldı

Antarktikanın ən dərin nöqtəsi tapıldı

Tarix: 22 Dekabr 2019 22:36

Yerin quru üzərindəki ən dərin nöqtə, Antarktikanın buzlağının altında müəyyən edildi.

Buzla dolu kanyonun dərinliyi su səviyyəsinin altında 3,5 km düşür.

Deyerler.org Bu dərinliyə quru üzərində yaxınlaşa bilən başqa bir çuxur yoxdur. Yalnız okean altındakı bəzi nöqtələr bundan daha dərin ola bilər.

Bu çuxur, Ağ Qitənin zəminini araşdıran yeni bir xəritə çalışması əsnasında müəyyən edildi.

Bu günə qədər quru üzərində bilinən ən dərin nöqtə, Ölü dənizin sahili idi.

O nöqtə dənizin 413 metr altındadır. Antarktikadakı vadi isə bundan 8-qat daha dərindir.


Etiketlər:  Antarktikanın dərin nöqtəsi tapıldı


RƏYLƏR