Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Dekabr 2019 22:44
Bakı. Trend:
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan-Gürcüstan-Türkiyə formatlı xarici işlər nazirlərinin görüşündə iştirak etmək üçün Tbilisiyə səfərə gəlib.
Trend-in məlumatına görə, bu barədə nazir öz "Twitter" səhifəsində yazıb.
M.Çavuşoğlu bildirib: "Türkiyə, Azərbaycan və Gürcüstan xarici işlər nazirlərinin səkkizinci üçtərəfli görüşündə iştirak etmək üçün Tbilisidəyik".
Qeyd edək ki, sabah Tbilisidə Azərbaycan, Türkiyə və Gürcüstan Xarici İşlər nazirləri arasında üçtərəfli formatda sayca səkkizinci görüş keçiriləcək.
Görüşdə müxtəlif sahələrlə bağlı cari məsələlər müzakirə ediləcək. Əsas diqqətin isə üç ölkə arasında nəqliyyat və energetika sahələrində əməkdaşlıq əlaqələrinə ayrılacağı qeyd olunub. Üçtərəfli görüş çərçivəsində Xarici İşlər nazirlərinin ortaq bəyanatı imzalanacaq.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin