Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Günün qoroskopu: Rəğbət asanlıqla yaranacaq

Günün qoroskopu: Rəğbət asanlıqla yaranacaq

Tarix: 23 Dekabr 2019 00:02

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Qoç - Bir qədər gözləmək lazımdır: yeni başlanğıclar, cəsur eksperimentlər və yaradıcılıq axtarışları üçün əlverişli vaxt bir qədər sonra başlayacaq. Hələlik isə diqqətinizi darıxdırıcı, bununla belə, diqqət tələb edən cari işlərə yönəldin. İstənilən sənədin rəsmiləşdirilməsində, hesabatların hazırlanmasında səliqə lazımdır. İstənilən ehtiyatsızlıq pis hadisələrə yol aça bilər.

Buğa - Yaxınlarınızla dil tapmaq asan olmayacaq: onların susqun narazılığını, sizin plan və ideyalarınızla razılaşmamalarını hiss edəcəksiniz. İndi əsas məsələ incikliklərdən yayınmaqdır. Bütün mübahisəli məsələləri sonra həll etmək mümkün olacaq.

Əkizlər - Şəxsi həyatda isə mənfi tendensiyalar üstünlük təşkil edir. Ona görə də ehtiyatlılıq pis olmazdı. Vədlər vermək, reallaşması çətin olan hansısa planları müzakirə etmək məsləhət deyil. Əmin olmadığınız şeyləri dilə gətirməyin: sözlərinizdən sizə qarşı istifadə edə bilərlər.

Xərçəng - Maraq oyatmayan günlərdən biridir. Çox şeyə nail olmaq olar, amma siz heç nə istəmirsiniz. Yaranan imkanlara filosofcasına sakitliklə, bəzən isə açıq etinasızlıqla baxırsınız. Gününüzü az maraqlı söhbətərlə keçirəcək və daxil olan təkliflərə cavab verməyi lazım bilməyəcəksiniz.

Şir - Bu gün çoxlu imkanlar açacaq. Amma onlardan yalnız birindən istifadə etmək olar. Bir sözlə, seçim etməli olacaqsınız. Özü də seçim etmək asan deyil. Peşə sahəsindəki fikir ayrılıqlarına sakit yanaşın. Bu gün onlar yalnız normal iş prosesinin bir hissəsidir. Hətta rəhbərliklə də hansısa uzağa gedən nəticələr olmadan ürəklə mübahisə etmək olar.

Qız - Bu gün zövqünüzə uyğun olmayacaq, olduqca çoxlu çətinlik və birmənalı olmayan hadisələr gözlənilir. Eyham və üstüörtülü söhbətlərdən xoşunuz gəlməsə də, bu gün onlardan qaçmaq mümkün olmayacaq. Sizin üçün ənənəvi fəaliyyət tərzi - qarşıya çıxan hər şeyi kürüyərək irəliləmək bu gün effektsiz olacaq. Bu gün yaranan problemləri pul gücünə həll etməyə çalışmayın.


Etiketlər:  Günün qoroskopu Rəğbət asanlıqla yaranacaq


RƏYLƏR