Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Dekabr 2019 06:32
Yaponiyada onlayn bank hesablarından pul oğurluğu rekord həddə çatıb.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə ölkə polisi son aylar bununla bağlı artan müraciətlərə əsasən məlumat yayıb.
Milli polis idarəsinin yaydığı məlumatda bildirilir ki, cari ilin birinci yarısında yalnız bir ayda 50 belə bank köçürməsi qeydə alınıb. Avqustdan başlayaraq, belə halların sayı artıb və sentyabrda 441-ə çatıb. Noyabrda isə 776 milyon yen məbləğin oğurlandığı 573 belə hadisə qeydə alınıb. Hər iki rəqəm polis tərəfindən müvafiq statistikanın aparılmağa başlanmasından sonra qeydə alınan ən yüksək göstəricilərdir.