Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Dekabr 2019 15:57
Bakı. Trend:
91 saylı Ucar seçki dairəsi 42 məntəqəni əhatə edir. Qabaqcadan aparılan ciddi hazırlıq işləri bu gün bələdiyyəyə seçkilərin mühüm mərhələsi olan səsvermə kampaniyasının müvəffəqiyyətlə keçirilməsinə şərait yaradıb. Hər yerdə səsvermə seçicilərin fəallığı şəraitində keçir, hər kəs öz fikirini azad, demokratik şəkildə ifadə edir, istədiyi namizədə səs verir.
Trend-in məlumatına görə, dairə seçki komissiyasının sədri Abdulrəzaq Abbasov bildirib ki, dəqiqləşdirilən siyahıya görə dairə üzrə 43 min 760 nəfər seçici var. Qeydə alınan 382 namizəddən 142 nəfəri yerli idarəetmə orqanı olan bələdiyyələrə üzv seçiləcək. Səsvermənin gedişini 431 müşahidəçi izləyir. Təlimata uyğun olaraq səsvermə prosesini izləmək üçün bütün lazımi şərait yaradılıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin