Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ağzınız quruyursa... - 5 TƏHLÜKƏLİ SƏBƏB

Ağzınız quruyursa... - 5 TƏHLÜKƏLİ SƏBƏB

Tarix: 23 Dekabr 2019 20:57

İnsan kifayət qədər su içir, lakin buna baxmayaraq ağızda daim quruluq hiss edirsə, bu ciddi xəstəliklərə işarə edə bilər.

Sonxeber.net saglamolun.az-a istinadən bildirir ki, ilk növbədə bu halda qanda şəkərin səviyyəsini yoxlamaq lazımdır. Ağızda quruluq, keçməyən susuzluq hissi, sidik ifrazının artması, dəridə yaraların gec sağalması, cinsiyyət orqanlarında qaşınma şəkərli diabetin inkişafına işarə edə bilər.

Bundan əlavə ağızda quruluq "zob" xəstəliyi olan tireotoksikozun əlaməti ola bilər. Ağızda quruluqdan əlavə tireotoksikozun digər əlamətləri arasında: əsəbilik, əllərin əsməsi, ürək döyünməsinin artması, çəkinin azalması və s.

Sinir sistemi xəstəlikləri (depressiya, nevroz, Alsheymer xəstəliyi və s.) zamanı da insan ağızda quruluq hiss edə bilər.


Etiketlər:  Ağzınız quruyursa TƏHLÜKƏLİ SƏBƏB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ