Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Dünyada kobaltsız və nikelsiz ilk batareya təqdim edilib

Dünyada kobaltsız və nikelsiz ilk batareya təqdim edilib

Tarix: 24 Dekabr 2019 07:44

"IBM" şirkətinin tədqiqatçıları dünyada tərkibində kobalt və nikeldən istifadə olunmayan ilk batareya təqdim ediblər. Həmin elementlər dəniz suyundan əldə olunan "yaşıl" materiallarla əvəz edilib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, mütəxəssislərin sözlərinə görə, yeni materialların tətbiqi sayəsində sözügedən akkumulyator bazarda mövcud olan bütün litium-ion analoqlarından ucuz olacaq. Bundan başqa, onların xüsusiyyətləri, xüsusilə şarj sürəti və enerji sıxlığı artacaqdır. Həmçinin qurğuların alışma riski son dərəcə azalacaq.

Alimlər bildiriblər ki, yenilik ilk növbədə elektrik avtomobillərində istifadə oluna bilər. İlkin sınaqlara görə, 80% enerji doldurulması üçün 5 dəqiqə kifayət edir, ucuz materiallar isə yeni batareya növünü asanlıqla bazara çıxartmağa imkan verəcək.

"Nikel və kobalt kimi ağır metallar daxil olmaqla, bir çox materiallar böyük ekoloji və humanitar risk yaradır. Bundan başqa, kobalt Mərkəzi Afrikada istismar şəraitində hasil olunur" - "IBM"dən məlumat verilib.


Etiketlər:  Dünyada kobaltsız nikelsiz ilk batareya təqdim edilib


RƏYLƏR