Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Facebook”da milyonlarla istifadəçinin məlumatı təhlükə qarşısındadır

“Facebook”da milyonlarla istifadəçinin məlumatı təhlükə qarşısındadır

Tarix: 24 Dekabr 2019 08:04

Sosial şəbəkənin 267 milyondan çox istifadəçisinin fərdi məlumatları internetdə yerləşdirilib. Bu haqda "Comparitech" tədqiqat şirkəti məlumat verib.

Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, hakerlər forumlardan birində "Facebook"un milyonlarla istifadəçisinin telefon nömrələri, fərdi identifikatorları və başqa məlumatlarını yerləşdiriblər.

Mənbənin informasiyasına əsasən, məlumat itkisi Vyetnamdan olan hakerlərin işidir, amma provayderə məlumat bazası haqqında məlumat verildikdən sonra o bloklanıb. "Facebook" istifadəçilərinin fərdi məlumatlarının dəqiq yüklənmə sayı bilinmir.


Etiketlər:  Facebookda milyonlarla istifadəçinin məlumatı təhlükə qarşısındadır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ