Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Xiaomi yeni MIUI interfeysi üzərində çalışır

Xiaomi yeni MIUI interfeysi üzərində çalışır

Tarix: 24 Dekabr 2019 08:08

Xiaomi şirkəti elastiki ekrana sahib smartfonlar üçün özünün MIUI adlı istifadəçi interfeysinin yenilənmiş versiyasının patentini əldə edib. Bu barədə məlumat intellektual mülkiyyət üzrə beynəlxalq agentliyin saytında ortaya çıxıb. Söhbət, Mi Mix Alpha kimi smartfonlar üçün nəzərdə tutulmuş istifadəçi interfeysindən gedir. Yəni o smartfonlar hansıların ki, ekranları smartfon gövdəsini tamamilə əhatə edir və istifadəçi üçün lazım olan məlumatları hətta smartfonun ön/arxa panellərində və kənarlarında da əks etdirir.

    Bu barədə Letsgodigital saytı xəbər verib.  Təqdim edilmiş fotolarda isə yeni istifadəçi interfeysində musiqi playerinin, kameranın və hava proqnozu tətbiqinin necə yerləşəcəyi əks olunublar. Beləliklə Letsgodigital saytı ortaya çıxmış eskizlər vasitəsilə yeni növ MIUI interfeysinin qatlana bilən smartfonlarda necə görünəcəyi üzrə render fotolar yaradıb. Söhbət hələ patentdən getsə də bu o deməkdir ki, Xiaomi şirkəti gələcəkdə də Mi Mix Alpha kimi smartfonları satışa çıxartmaq niyyətindədir.


Etiketlər:  Xiaomi yeni MIUI interfeysi üzərində çalışır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ