Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Dekabr 2019 08:10
Rusiyada 2019-cu ilin ən yaxşı futbolçusu müəyyənləşib.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, Rusiya Futbol İttifaqı və "Sport express" qəzetinin versiyasına əsasən, "Zenit"in hücumçusu Artem Dzyuba bu ilin ən yaxşısı seçilib. O, ardıcıl ikinci dəfə bu ada layiq görülüb. Bu münasibətlə ona gələn ilin yazında Rusiya "Qızıl top"u təqdim olunacaq.
Mükafata 2019-cu ildə Rusiya Premyer Liqasında və ölkənin hüdudlarından kənarda oynayan Rusiya millisinin oyunçuları namizəd idilər.
Qeyd edək ki, A.Dzyuba 2019/2020 mövsümümdə ölkə çempionatında 19 matçda 11 qol vurub, 9 qolun ötürməsini verib. O, hazırda Premyer Liqada ən yaxşı bombardirdir.