Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Dekabr 2019 08:24
PSJ-nin futbolçusu Mauro İkardinin həyat yoldaşı Vanda Mara "İnter"in hücumçusu Romelu Lukakunu tənqid edib.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, Argentina millisinin üzvünün eyni zamanda agenti də olan Nara belçikalı oyunçu ilə bağlı deyib: "Lukakunu böyük matçlarda da görsək yaxşı olar. "İnter"in ondan əvvəlki 9 nömrəli (İkardini nəzərdə tutur - red.) 150 qol vurdu.
Lukaku Çempionlar Liqasında da yetəri qədər qol vurmayıb. İndi turniri televiziyadan izləmək məcburiyyətindədir. İnsanların düşüncüləri tez dəyişir. Yarışdan kənarda qalanda Lukakunu tənqid edirdilər, amma indi ona sanki fenomen kimi davranırlar".