Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Zirə'' Antalyaya gedir - Rəqiblər bəllidir

''Zirə'' Antalyaya gedir -  Rəqiblər bəllidir

Tarix: 24 Dekabr 2019 12:54

“Zirə”nin qış təlim-məşq toplanışının proqramı bəlli olub.

Qol.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda yanvarın 3-dən Bakıda bir araya gələcək. Ayın 7-nə kimi paytaxtda hazırlıq keçəcək “qartallar” ertəsi gün Türkiyənin Antalya şəhərinə yola düşəcək.

Komanda burada “İC Santai” otelində məskunlaşacaq. “Zirə” qonşu ölkədə 3 yoxlama oyunu keçirməyi planlaşdırıb. Komanda yanvarın 11-də Türkiyənin “Ümraniyespor”, 16-da Rumıniyanın “Sepsi”, 21-də isə Serbiyanın “Napredak” klubları ilə qarşılaşacaq. ”Zirə" yanvarın 22-də Bakıya dönəcək.
 


Etiketlər:  Zirə Antalyaya gedir Rəqiblər bəllidir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ