Tarix: 24 Dekabr 2019 12:54
“Zirə”nin qış təlim-məşq toplanışının proqramı bəlli olub.Qol.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda yanvarın 3-dən Bakıda bir araya gələcək. Ayın 7-nə kimi paytaxtda hazırlıq keçəcək “qartallar” ertəsi gün Türkiyənin Antalya şəhərinə yola düşəcək.
Komanda burada “İC Santai” otelində məskunlaşacaq. “Zirə” qonşu ölkədə 3 yoxlama oyunu keçirməyi planlaşdırıb. Komanda yanvarın 11-də Türkiyənin “Ümraniyespor”, 16-da Rumıniyanın “Sepsi”, 21-də isə Serbiyanın “Napredak” klubları ilə qarşılaşacaq. ”Zirə" yanvarın 22-də Bakıya dönəcək.