Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Dekabr 2019 14:36
Afrika qitəsində yerləşən Eritreyanın millisinin futbolçuları turnir üçün getdikləri Uqandada yoxa çıxıblar.
Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, ölkələrindəki həyat şəraitindən məmnun olmayan yığmanın 7 üzvü təyyarə ilə Eritraya qayıtmayıb və paytaxt Kampalada itiblər.
Şərqi və Orta Afrika Futbol Federasiyanın nümayəndəsi Rocers Mulindva 7 futbolçunun axtarışlarının davam etdiyini yazıblar.
Qeyd edək ki, oktyabr ayında U-20-dək qrupların turniri üçün Uqandaya gedən 4 eritralı futbolçu da ölkələrinə dönməyərək sığınacaq tələb etmişdi. Bu ölkənin bəzi oyunçular əvvəlki illərdə Bostvana, Keniya, Anqola və Tanzaniyadan da bənzər addımlar atıblar.